Baltikyanı ölkələr Rusiyaya qarşı birləşir, sərhədlər bağlanır

Baltikyanı ölkələr Rusiyaya qarşı birləşir, sərhədlər bağlanır
24.11.2026 17:42 Dünya

Baltikyanı ölkələr Rusiyanın mümkün hərbi təcavüzü ilə bağlı narahatlıqlara görə sərhəd təhlükəsizliyini gücləndirmək istiqamətində tədbirləri artırır.

TodayPress TV xəbər verir ki, "Delfi.lv"in məlumatına görə, Latviya hakimiyyəti noyabrın 30-dək Rusiya ilə sərhədyanı hərəkətin məhdudlaşdırılması, o cümlədən bütün nəzarət-buraxılış məntəqələrinin bağlanması ilə bağlı təkliflər hazırlamalıdır.

Estoniya Sərhəd Mühafizəsi isə bildirib ki, dekabrın 1-dən Rusiya ilə yol hərəkətini dayandırmaq qərarına gəliblər.

Riqa Rusiya tranzitinin digər qonşu marşrutlara yönəlməsinin qarşısını almaq üçün Tallinn və Vilnüslə əlavə tədbirləri əlaqələndirmək niyyətindədir.

Latviya yekun qərar verməzdən əvvəl bu addımın təhlükəsizlik, yük daşımaları və sərnişin hərəkətinə təsirini qiymətləndirəcək.

Baltikyanı ölkələrdə sərhəd təhlükəsizliyi Rusiyadan qaynaqlana biləcək potensial təhdidlərə hazırlığın mühüm istiqamətlərindən birinə çevrilib. Daha sərt nəzarət böhran vəziyyətində sabotaj, kəşfiyyat fəaliyyəti və digər hibrid təhdidlərə qarşı müdafiəni gücləndirə bilər.

Sərhədlərin bağlanması mümkün hərbi müdaxilənin qarşısını tam ala bilməsə də, əlaqələndirilmiş məhdudiyyətlər NATO-nun şimal-şərq cinahının müdafiəsini gücləndirmək və Rusiyanın müdaxilə imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər