Latviyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

Latviyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı
24.11.2026 18:28 Dünya

Rusiya Xarici İşlər Nazirliyi Latviyanın ölkədəki müvəqqəti işlər vəkili Ramona Krasovskanı nazirliyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

“Latviyanın noyabrın 23-də Rusiya səfirliyinin Riqadakı konsulluq şöbəsinin sosial təminat bölməsində yerli işə götürülmüş əməkdaşlarla əmək münasibətlərinə xitam verilməsi ilə bağlı ultimatumuna görə Latviyanın Rusiyadakı müvəqqəti işlər vəkili R. Krasovska Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”, – deyə bəyanatda bildirilib.

Diplomata bu kontekstdə hər iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətində yaranan problemlərin mahiyyəti izah edilib. Əsas problem isə hərbi pensiyaların ödənilməsinin davam etdirilməsinin mümkünsüzlüyüdür.

Aysel Mətləb

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər