Qərbi Asiyanın ən uzun metrosu İranda tikilir - 10 rayonu birləşdirəcək layihə
Tehranda "Qərbi Asiyanın ən uzun metro xəttinin" tunellərinin qazılması işlərinə başlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Fars” məlumat yayıb.
Bildirilib ki, onun uzunluğu 53 kilometr təşkil edəcək, marşrut üzrə 38 stansiyanın inşası nəzərdə tutulub. Xətt İranın paytaxtının 10 rayonundan keçəcək.
Tehran merinin nəqliyyat məsələləri üzrə müavini layihənin beş mərhələdə həyata keçiriləcəyini bildirib. İlk hissənin istifadəyə verilməsi 2028–2029-cu illərə planlaşdırılır.
Aysel Mətləb