Aslanova Himalayın çətin zirvələrindən birini fəth etdi - FOTOLAR

Aslanova Himalayın çətin zirvələrindən birini fəth etdi - FOTOLAR
24.11.2026 17:34 İdman

Azərbaycanlı alpinist Elmira Aslanova Nepalda yerləşən Ama Dablam dağının zirvəsinə qalxıb.

TodayPress TV xəbər verir ki, idmançı doqquz günlük ekspedisiyanın yekununda dəniz səviyyəsindən 6812 metr yüksəklikdə yerləşən zirvəyə çatıb.

Qeyd edək ki, Himalay dağ silsiləsində yerləşən Ama Dablam zirvəsinə qalxmaq alpinistlərdən yüksək fiziki hazırlıq, xüsusi texniki bacarıq və təcrübə tələb edir.

Elmira Aslanova Ama Dablam zirvəsini fəth etməklə Azərbaycan alpinizminin nailiyyətləri sırasına daha birini əlavə edib.

Namiq HUN









XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər