Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
24.11.2026 18:48 İdman

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində U-23 Avropa çempionatında qızıl medal qazanıb.

TodayPress TV xəbər verir ki, Bilalhəbaşi Nəzərovun (50 kq) ardınca Nicat Alırzayev (70 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

O, finalda Zviad Tçotçua (Gürcüstan) ilə döyüşüb. 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz Avropa çempionu olub. 

Beləliklə, Azərbaycan millisi 39 ölkədən 276 idmançının qatıldığı qitə çempionatını 4 medalla başa vurub. Bilalhəbaşi Nəzərovla (50 kq) Nicat Alırzayev (70 kq) qızıl, Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) bürünc mükafat qazanıblar.

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər