Bakı-Tbilisi-Qars dəmir yolunda nələr dəyişir? – XİN başçısı AÇIQLADI

Bakı-Tbilisi-Qars dəmir yolunda nələr dəyişir? – XİN başçısı AÇIQLADI
24.11.2026 18:42 Xarici siyasət

Azərbaycan və Gürcüstan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq genişlənir, iki ölkə üzərindən keçən tranzit yüklərin həcmi artır.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, uzun müddətdir fəaliyyət göstərən nəqliyyat dəhlizi Azərbaycan və Gürcüstanla yanaşı, qonşu ölkələr üçün də etibarlı tranzit marşrutu rolunu oynayır. Onun sözlərinə görə, dünyada baş verən geosiyasi dəyişikliklər son illərdə bu dəhlizə marağı xeyli artırıb.

Ceyhun Bayramov Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı istiqamətində görülən işlərə toxunaraq, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin ötürücülük potensialının artırılmasını və layihə üzrə işlərin tamamlanaraq rəsmi qəbul edilməsini xüsusi qeyd edib.

XİN rəhbəri 2026-cı ildə Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpa olunmasını və insanlar arasında təmasların intensivləşməsini də müsbət hadisə kimi qiymətləndirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər