Gürcüstan və Azərbaycan sərhədindən XƏBƏR VAR
Azərbaycan və Gürcüstan arasında sərhəd məsələləri ilə bağlı müvafiq komissiya müntəzəm qaydada fəaliyyət göstərir.
TodayPress TV xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, komissiya mütəmadi olaraq toplanır, əməkdaşlıq edir və proseslə bağlı məsələləri müzakirə edir.
Nazirin sözlərinə görə, hər iki tərəf prosesin irəliləməsi üçün çalışır və bu istiqamətdə əldə olunacaq irəliləyiş alqışlanır.
Maka Boçorişvili vurğulayıb ki, proses qarşılıqlı maraqların maksimum dərəcədə nəzərə alınması və qarşılıqlı hörmət prinsipi əsasında, mövcud formatlar çərçivəsində davam etdirilməlidir.
Qiymət Mahir