"Deputat" məşhur aparıcıya mesaj yazdı: "Məni DTX çağırdı"

"Deputat" məşhur aparıcıya mesaj yazdı: "Məni DTX çağırdı"
24.11.2026 20:02 Hadisə

Tanınmış aparıcı və jurnalist İlhamiyyə Rzayeva yayılan şübhəli mesajlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, ötən gün bir millət vəkilinin adından onun “WhatsApp” nömrəsinə mesaj göndərilib.

Mesajda nömrənin dəyişdiyi qeyd olunaraq yeni əlaqə vasitəsinin yadda saxlanılması istənilib.

Rzayeva bildirib ki, oxşar hal əvvəllər də digər həmkarlarının başına gəldiyindən bunun dələduzluq cəhdi olduğunu dərhal anlayıb.

Aparıcının sözlərinə görə, şübhəli şəxslər yazışma zamanı guya onunla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) sorğu aparıldığını iddia ediblər. Belə ki, mesajda Mətbuat Şurasının fəaliyyəti ilə əlaqədar DTX-də dindirildikləri və Rzayeva haqqında da suallar verildiyi bildirilib.

O qeyd edib ki, eyni məzmunlu zənglər Mətbuat Şurasının digər üzvlərinə də edilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər