Maka Boçorişvili: Bakı və İrəvan arasında sülh regionda təhlükəsizliyi artıracaq
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və əməkdaşlığın inkişafı bütün regionda təhlükəsiz mühitin formalaşmasına və Cənubi Qafqazın potensialından daha səmərəli istifadəyə imkan verəcək.
TodayPress TV xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, regional əməkdaşlığın gücləndirilməsi istiqamətində irəli sürülən təşəbbüslər mühüm əhəmiyyət daşıyır. Nazirin sözlərinə görə, Cənubi Qafqazda əməkdaşlığın genişlənməsinə və regionun güclənməsinə xidmət edən bütün layihələr dəstəklənməlidir.
Qiymət Mahir