Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin növbəti görüş yeri açıqlandı

Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin növbəti görüş yeri açıqlandı
24.11.2026 18:35 Xarici siyasət

Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq müxtəlif sahələrdə uğurla davam etdirilir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatı ən mühüm və işlək çoxtərəfli əməkdaşlıq platformalarından biridir. Bu format çərçivəsində parlament, müdafiə, təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlıq həyata keçirilir.

Ceyhun Bayramovun sözlərinə görə, üç ölkənin xarici işlər nazirlərinin görüşləri də mütəmadi olaraq keçirilir. Sonuncu belə görüş İstanbulda baş tutub. Növbəti görüşün isə Gürcüstanda təşkili nəzərdə tutulur.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər