Almaniyadan gələn maşından gizli mallar tapıldı

Almaniyadan gələn maşından gizli mallar tapıldı
20.11.2026 11:09 İqtisadiyyat
Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarət tədbirləri nəticəsində gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilən mallar aşkar olunub.

TodayPress TV komitəyə istinadən xəbər verir ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Almaniyadan Azərbaycana gələn nəqliyyat vasitəsinə baxış keçirilib və şübhəli hallar müşahidə olunub.

Aparılan gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən gömrük orqanına bəyan edilməyən dərman, vitamin, spirtli içki və siqaretlərdən ibarət 39 adda xeyli sayda mallar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər