Maka Boçorişvili: 2026-cı il Azərbaycan–Gürcüstan münasibətlərində mühüm il oldu
2026-cı il Azərbaycan və Gürcüstan arasında münasibətlərin inkişafı baxımından mühüm addımlarla yadda qalıb.
TodayPress TV xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin Gürcüstana səfəri, eləcə də Gürcüstanın Baş nazirinin may ayında Bakıya səfəri ikitərəfli münasibətlərin və strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Maka Boçorişvili Azərbaycan Prezidentini ölkəsində qəbul etməkdən məmnunluq duyduğunu bildirərək, keçirilən görüşün və Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının məhsuldar olduğunu vurğulayıb.
Nazir bildirib ki, bu cür formatlar ölkələr arasında strateji əhəmiyyət daşıyan məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaradır. O, həmçinin il ərzində mütəmadi görüşlərin keçirilməsinin və regional proseslər ətrafında fikir mübadiləsinin vacibliyini qeyd edib.
Maka Boçorişvili enerji sahəsində də əməkdaşlığın inkişaf etdiyini və cari il ərzində bu istiqamətdə mühüm razılaşmaların əldə olunduğunu bildirib.
Qiymət Mahir