Ər-Riyad təcili çağırış etdi, müttəfiqləri köməyə çağırdı
Səudiyyə Ərəbistanı Yəməndə husilərlə mümkün uzunmüddətli qarşıdurmaya hazırlaşarkən müttəfiqlərinə müraciət edərək əlavə raket tutucularının tədarükünü istəyib.
TodayPress TV xəbər verir ki, bu barədə “Semafor” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, husilərin hücumlarının intensivləşməsi Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə ehtiyatlarına təzyiqi artırıb. Xüsusilə “Patriot” sistemləri üçün nəzərdə tutulan raket tutucularının ehtiyatının azalması Ər-Riyadı əlavə təchizat axtarmağa vadar edib.
Səudiyyə Ərəbistanının kömək üçün müraciət etdiyi ölkələr arasında Fransa, Böyük Britaniya, Pakistan, Misir, Türkiyə və Yunanıstanın da olduğu bildirilir.
Məlumata əsasən, husilərin hücumları təkcə Səudiyyə Ərəbistanının ərazisi üçün deyil, Qırmızı dənizdə gəmiçilik marşrutları üçün də təhlükə yaradır. Bölgədə təhlükəsizlik risklərinin artması yükdaşımaların, sığorta haqlarının və alternativ marşrutlardan istifadənin bahalaşmasına səbəb ola bilər.
Jalə Rövşən
🇸🇦Saudi Arabia is urgently asking for help from 🇫🇷France, 🇬🇧Britain, 🇵🇰Pakistan, 🇪🇬Egypt, 🇹🇷Turkey, 🇬🇷Greece and other allies for missiles to defend against Houthi attacks.
— World updates (@itswpceo) November 24, 2026
The request shows Saudi air defenses are under strain and puts pressure on partner nations to share… pic.twitter.com/LjITBYvqII