“Apple” niyə çökdü? Şirkətdən təcili açıqlama

“Apple” niyə çökdü? Şirkətdən təcili açıqlama
18.11.2026 01:16 İKT

“Apple” şirkəti daxili yeniləmə nəticəsində yaranan genişmiqyaslı texniki nasazlığın aradan qaldırılması istiqamətində işləri davam etdirir.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nasazlıq şirkətin bir sıra daxili sistemlərinin, pərakəndə satış əməliyyatlarının və istifadəçilərə təqdim olunan xidmətlərin fəaliyyətini pozub. Problemlər, əsasən, iCloud, Apple Pay, App Store və Apple Music xidmətlərinə təsir göstərib.

“Apple” nümayəndəsinin sözlərinə görə, nasazlıq noyabrın 17-də səhər saatlarında həyata keçirilən daxili yeniləmədən sonra yaranıb.

“Bu gün səhər saatlarında daxili yeniləmənin səbəb olduğu nasazlıqdan sonra sistemlərimizin əksəriyyətinin fəaliyyətini bərpa etmişik. Qalan sistemlərin də mümkün qədər tez işə qaytarılması üçün çalışırıq”, – şirkət rəsmisi bildirib.

Bundan əlavə, AppleCare, Apple hesablarına giriş, tətbiqlərin yüklənməsi və tərtibatçılar üçün nəzərdə tutulan bəzi alətlərdə də problemlər qeydə alınıb. Bəzi istifadəçilər yeni cihazların aktivləşdirilməsində də çətinliklərlə üzləşiblər.

Şirkət nasazlığın kiberhücum nəticəsində baş vermədiyini bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər