iCloud-a giriş dayandı, iPhone-lar aktivləşmir - Dünyada nə baş verir?

iCloud-a giriş dayandı, iPhone-lar aktivləşmir - Dünyada nə baş verir?
17.11.2026 23:07 İKT

Dünyanın müxtəlif ölkələrində “Apple” istifadəçiləri şirkətin xidmətlərinə giriş zamanı problemlərlə üzləşiblər. Xüsusilə iCloud hesablarına daxil olmaq, Apple ID-ni təsdiqləmək, yeni cihazları aktivləşdirmək və App Store-dan proqram yükləmək mümkün olmayıb.

TodayPress TV xəbər verir ki, noyabrın 17-də qeydə alınan nasazlıqlar barədə çoxsaylı istifadəçilər sosial şəbəkələrdə məlumat yayıblar.

9to5Mac nəşrinin məlumatına görə, problem iCloud, App Store, Apple Pay, Apple Music, Apple Support və digər xidmətlərə təsir edib. Bəzi istifadəçilər iPhone və Mac cihazlarında hesablarından avtomatik çıxarıldıqlarını, yenidən daxil olmağa çalışarkən isə təsdiqləmə xətaları ilə qarşılaşdıqlarını bildiriblər.

Bundan başqa, yeni iPhone və iPad modellərinin aktivləşdirilməsində də çətinliklər yaşandığı bildirilir. Tətbiq mağazasına girişin mümkün olmaması və Apple hesablarının təsdiqlənməsində yaranan xətalar da istifadəçilərin şikayətləri arasında yer alıb.

Maraqlıdır ki, sosial şəbəkələrdə yaranmış vəziyyəti məhz 17 noyabr tarixi ilə əlaqələndirən müzakirələr də aparılır. Lakin nasazlığın həmin tarixlə bağlı əvvəlcədən proqnozlaşdırılan hadisələrlə əlaqəli olduğunu təsdiqləyən hər hansı etibarlı sübut yoxdur.

Qeyd edək ki, Apple bəzi xidmətlərdə yaranmış texniki problemləri öz sistem statusu səhifəsində də qeydə alıb. Bununla belə, şirkət genişmiqyaslı nasazlıqların konkret səbəbi barədə hələlik ətraflı açıqlama verməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər