Zədə Cokoviçin turnir planlarını dəyişdi

Zədə Cokoviçin turnir planlarını dəyişdi
21.04.2026 13:44 İdman

Serbiyalı tennisçi, 24 dəfə “Böyük Dəbilqə” qalibi olan Novak Cokoviç zədə səbəbindən turnir planları ilə bağlı qeyri-müəyyən açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə Eurosport.es məlumat yayıb.

Cokoviç bildirib ki, hazırkı vəziyyətdə onun Roma “Masters” turnirində iştirakı sual altındadır və əsas məqsəd Açıq Fransa çempionatına hazır olmaqdır:

“Zədəm var, ümid edirəm ki, ən azı “Rolan Qarros”a hazır olaram. Romada oynamaq üçün çalışıram, amma hazırda heç nəyi dəqiq deyə bilmirəm. Hər şey bərpa prosesindən asılıdır. Ən azından “Rolan Qarros”a hazır olacağam”. 

Qeyd edək ki, serbiyalı ulduz cari mövsüm son dəfə İndian Uells “Masters” turnirində korta çıxıb və dördüncü raundda Cek Drayperə uduzub. Bundan sonra o, Mayami Open, Monte-Karlo “Masters” və Madrid turnirlərini buraxıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər