Ölümlə burun-buruna: Andre Onananın maşınına yüksək sürətlə çırpıldılar!
İngiltərənin “Mançester Yunayted” klubuna məxsus olan və icarə əsasında Türkiyənin “Trabzonspor” komandasında çıxış edən qapıçı Andre Onana yol-nəqliyyat hadisəsi keçirib və xəstəxanaya aparılıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Daily Express” nəşri məlumat yayıb.
Hadisə qolkiperin UEFA Konfrans Liqasının Liqa mərhələsinin II turu çərçivəsində “Harts”a qarşı keçirilən və “Trabzonspor”un 2:0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra evə qayıdarkən baş verib. Oyun zamanı qapısını toxunulmaz saxlayan Onana avtomobil qəzasının mərkəzinə düşüb.
Məlumata görə, futbolçunun ailəsinin də olduğu maşınına arxadan yüksək sürətlə başqa avtomobil çırpılıb. Güclü zərbənin təsirindən Onananın idarə etdiyi nəqliyyat vasitəsi öndə hərəkət edən digər avtomobilə dəyib. Hadisə yerinə dərhal təcili tibbi yardım və xilasetmə xidmətləri cəlb olunub. Andre Onana müayinə üçün xəstəxanaya çatdırılıb, lakin həkimlərin müayinəsindən sonra evə buraxılıb.
Namiq HUN