Xabi Alonso tələbəsinin arxasınca düşdü: "Çelsi" və "Real" üz-üzə!
Leverkuzen "Bayer"inin və İngiltərə millisinin müdafiəçisi Carell Kuansa Madrid "Real"ının diqqətini cəlb edib.
TodayPress TV "Bild" nəşrinə istinadən xəbər verir ki, "kral klubu"nun skautları ötən ilin yayında 35 milyon avroya Almaniya klubuna keçən "Liverpul" yetirməsini diqqətlə izləyirlər.
Mənbənin məlumatına görə, "Real"ın Kuansa ilə maraqlanmasına səbəb yayda komandaya ən azı iki yeni müdafiəçinin lazım gələcəyidir.
Bundan əlavə, "Liverpul"un müdafiəçini 15 iyun 2027-ci ilə qədər 70 milyon avroya geri almaq hüququ mövcuddur.
Bildirilir ki, "Bayer"in keçmiş baş məşqçisi Xabi Alonsonun rəhbərlik etdiyi "Çelsi" də Kuansa ilə yaxından maraqlanır. Londonun digər təmsilçisi "Arsenal" isə avqust ayında futbolçunu transfer etməyə cəhd göstərsə də, rədd cavabı alıb: "Bayer" 65 milyon avroluq təklifi geri çevirib.
Namiq HUN