Zeynəb Xanlarova uzun fasilədən sonra səhnədə - Canlı ifa etdi
Xalq artisti Zeynəb Xanlarova uzun müddətdən sonra ictimaiyyət qarşısında görünüb.
TodayPress TV xəbər verir ki, əfsanəvi sənətçi AzTV-nin yubiley konsertində səhnə alaraq sevilən mahnılarını canlı ifada təqdim edib.
Onun uzun fasilədən sonra səhnəyə çıxması və ifası tamaşaçıların marağına səbəb olub. Zeynəb Xanlarovanın konsertdən görüntüləri də diqqət çəkib.