Trampın yerinə keçmək istəyən Vens nəyi gözləyir?
JD Vens 2028-ci il ABŞ prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı qərarını təxirə salıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşrin mənbələrinə görə, ABŞ-ın vitse-prezidenti namizədliyi ilə bağlı yekun qərarını yeni ildən sonra verə, ictimaiyyətə açıqlamasını isə 2027-ci ilin yayın sonunadək təxirə sala bilər.
Vens Respublikaçılar Partiyasının mümkün prezidentliyə namizədləri arasında ön sıralarda göstərilir. Lakin partiyanın aralıq seçkilərdəki məğlubiyyəti və onun Donald Trampın İrana qarşı müharibə siyasətini tənqid etməsi siyasi planlarına təsir göstərib.
Nəşrin məlumatına görə, Vensin müşavirləri onun prezidentliyə namizədliyini irəli sürəcəyini gözləyirlər. Respublikaçıların mümkün namizədləri sırasında senator Ted Kruz, dövlət katibi Marko Rubio və Florida qubernatoru Ron DeSantis də var.
Vensin qərarı gecikdirməsinin səbəblərindən biri də Tramp ilə münasibətlərdə gərginlik yaratmaq istəməməsidir. O, namizədliyini çox erkən elan etməklə prezidentlə münasibətlərində mümkün narazılıq yaranmasından ehtiyat edir.
Jalə Rövşən