İsveçdə hakimiyyətə yüksələn azərbaycanəsilli xanım KİMDİR?

İsveçdə hakimiyyətə yüksələn azərbaycanəsilli xanım KİMDİR?
16.11.2026 11:16 Gündəm

İsveçdə yaşayan Güney Azərbaycan əsilli Aida Kərimi ölkənin ən böyük bölgələrindən biri olan Västra Götalandın Regional İnkişaf Komissiyasının sədri seçilib.

TodayPress TV Musavat-a istinadən xəbər verir ki, Kərimi İsveçin Mərkəz Partiyasının (Centerpartiet) üzvüdür.

O, regional seçkilərdə partiyasının Västra Götaland üzrə birinci namizədi olub, daha sonra bölgənin 15 siyasi rəhbərindən biri kimi “Regionråd” statusu qazanıb.

Yeni vəzifəsində Aida Kərimi bölgənin iqtisadi və sosial inkişafı, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və uzunmüddətli inkişaf strategiyası ilə bağlı qərarların hazırlanmasına rəhbərlik edəcək.

Aida Kəriminin atası Güney Azərbaycan Milli Hərəkatının tanınmış nümayəndələrindən, Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgindir.

TodayPress TV 


XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər