Çinin ən təhlükəli raketləri kameralara belə düşdü - VİDEO

Çinin ən təhlükəli raketləri kameralara belə düşdü - VİDEO
16.11.2026 10:10 Dünya

Çinin hipersəs raketləri dəmir yolu ilə daşınarkən görüntülənib.

TodayPress TV xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda Çinin Raket Qüvvələrinə məxsus DF-17 hipersəs raketlərinin yerləşdirildiyi yük qatarının hərəkəti əks olunub.

Raketlərin üzəri örtülsə də, qatarın hərəkəti zamanı silahların daşındığı müşahidə kameralarına düşüb.

DF-17 raketləri hipersəs sürətlə hərəkət edən və uçuş zamanı istiqamətini dəyişə bilən planer başlıqları ilə təchiz olunub. Bu xüsusiyyət onların ələ keçirilməsini və mövcud hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirilməsini çətinləşdirir.

Strateji əhəmiyyətli silahların dəmir yolu ilə daşınması və bu prosesin açıq şəkildə lentə alınması diqqət çəkib. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər