Brexit Britaniyaya baha başa gəldi - Baş nazirdən etiraf

Brexit Britaniyaya baha başa gəldi - Baş nazirdən etiraf
16.11.2026 10:50 Dünya

Britaniyanın Baş naziri Endi Börnhem Brexitin ölkəyə qazandırdığından daha çox itkiyə səbəb olduğunu bəyan edib. 

TodayPress TV xəbər verir ki, Börnhem Avropa İttifaqı ilə münasibətlərin yenidən qurulmasının vacibliyini vurğulayaraq, Britaniyanın 2016-cı ildə blokdan çıxmaq qərarından sonra iqtisadi baxımdan gözlənilən nəticələri əldə etmədiyini bildirib. 

Baş nazir bu fikirləri Brüsseldə noyabrın 20-də keçiriləcək Böyük Britaniya–Avropa İttifaqı sammiti ərəfəsində səsləndirib. O, görüşdə qida və kənd təsərrüfatı məhsullarının ticarəti zamanı yaranan maneələrin azaldılması, eləcə də gənclərin qarşılıqlı hərəkətliliyi ilə bağlı məhdudiyyətlərin yumşaldılması istiqamətində razılaşmalara nail olmağa çalışır.

Börnhem Britaniyanın Aİ ilə uzunmüddətli münasibətlərinə yenidən baxılmasının tərəfdarı olduğunu da bildirib. Bununla belə, o, Leyboristlər Partiyasının mövcud proqramında nəzərdə tutulan vahid bazara, gömrük ittifaqına və sərbəst hərəkət sisteminə yenidən qoşulmamaq öhdəliklərinin hazırkı mərhələdə qüvvədə qaldığını vurğulayıb.

Onun mövqeyinə görə, Brexitdən sonra yaranmış iqtisadi və ticarət problemlərinin aradan qaldırılması üçün Brüssel ilə daha sıx əməkdaşlığa ehtiyac var. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər