Bakıda güclü külək 32 ağacı sındırdı - FOTOLAR

Bakıda güclü külək 32 ağacı sındırdı - FOTOLAR
16.11.2026 10:05 Gündəm

Bakıda güclü külək 32 ağacı sındırıb.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan güclü külək bütün gecə boyu davam edib. Bununla əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirirlər.

Noyabrın 15-i axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları hadisə yerlərinə operativ şəkildə cəlb olunub. Sınmış ağaclar və qırılmış budaqlar xüsusi texnika və əməkdaşların köməyi ilə ərazilərdən götürülüb, ətrafda təmizlik işləri aparılıb. Hadisələrin qeydə alındığı ərazilərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada biləcək qalıqların aradan qaldırılması təmin edilib.

Qeyd edək ki, güclü küləkli hava şəraitinin davam etməsi ehtimalı nəzərə alınaraq Birliyin əməkdaşları şəhərin yaşıllıq ərazilərində nəzarət və monitorinq tədbirlərini həyata keçirirlər.

 TodayPress TV

FOTOLAR

Bakıda güclü külək 32 ağacı sındırdı - FOTOLAR — 1
Bakıda güclü külək 32 ağacı sındırdı - FOTOLAR — 2
Bakıda güclü külək 32 ağacı sındırdı - FOTOLAR — 3
Bakıda güclü külək 32 ağacı sındırdı - FOTOLAR — 4
Bakıda güclü külək 32 ağacı sındırdı - FOTOLAR — 5
Bakıda güclü külək 32 ağacı sındırdı - FOTOLAR — 6
XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər