Fermer tarlaları silah anbarına çevrildi – 350 ailənin həyatı təhlükədə

Fermer tarlaları silah anbarına çevrildi – 350 ailənin həyatı təhlükədə
16.11.2026 10:35 Dünya

Kolumbiyadakı silahlı qruplaşmaların fermerlərin torpaq sahələrində bomba və silah gizlətdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Mario Nawfal “X” kanalına istinadən məlumat yayıb. Söhbət ölkədə imzalanan sülh sazişindən sonra da silahlı mübarizəni davam etdirən FARC separatçılarından gedir.

Hərbi dronlar Kauka bölgəsindəki Mikay kanyonunda banan plantasiyaları arasında gizlədilmiş partlayıcı qurğuları aşkar edib.

Lakin tapılanlar bununla bitmir. Ərazidə qəlpələrlə doldurulmuş dronlar və bomba atmaq üçün hazırlanmış rampalar da aşkarlanıb.

Hərbçilər artıq Pan-Amerika magistralına hücum üçün istifadə edildiyi iddia olunan üç buraxılış qurğusunu məhv ediblər.

İddialara görə, hücumun hədəfi magistral yolda hərəkət edən təhlükəsizlik qüvvələri və mülki şəxslər olub.

Ordunun məlumatına görə, silahlı qruplaşmalar silahlarını gizlətmək üçün yerli fermer təsərrüfatlarından istifadə edir və bu, təxminən 350 ailənin həyatını təhlükə altına qoyur.

Beləliklə, həmin ailələr indi öz ərzaqlarını yetişdirdikləri tarlalarda gizlədilmiş bombaların yaratdığı təhlükə ilə üz-üzədirlər.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər