Millimiz ili Andorra ilə qələbə ilə başa vurmaq istəyir - FOTOLAR
Futbol üzrə Azərbaycan milli komandası Andorra yığması ilə keçiriləcək yoldaşlıq görüşündən əvvəl növbəti məşqini keçirib.
TodayPress TV xəbər verir ki, millinin baş məşqçisi Ayxan Abbasov Andorra ilə matçın Emin Mahmudova həsr olunacağını bildirib.
Qeyd edək ki, bu qarşılaşma Azərbaycan millisinin cari ildə son oyunu olacaq. Komanda gərgin mübarizədən sonra yoldaşlıq görüşünə çıxacağından baş məşqçi rotasiyalı heyətə üstünlük verəcək. Beləliklə, Andorraya səfər edən bütün futbolçuların meydana çıxmaq şansı olacaq.
Andorra – Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Namiq HUN