Ukrayna Krım körpüsünü vurdu – Hərəkət dayandırıldı
Ukrayna qüvvələrinin Krım körpüsünə zərbə endirdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, noyabrın 16-da sosial şəbəkələrdə yayılan məlumatlarda Kerç boğazı üzərində yerləşən körpünün hücuma məruz qaldığı iddia olunur.
Aksenov Krım körpüsünə zərbə endirildiyini təsdiqləyib. Rusiyanın təyin etdiyi "Krım rəhbəri"nə görə, körpü üzərindən hərəkət, ehtimal ki, günortayadək dayandırılmış qalacaq.
Daha əvvəl xəbər verilmişdi ki, körpü gecədən bəri bağlıdır.
Zəhra Məmmədova