Güləşçimizin dopinq testi müsbət çıxdı: AMADA qərarını açıqladı!
Azərbaycanlı sərbəst güləşçi Sadiq Mustafazadə antidopinq qaydalarını pozduğuna görə üç il müddətinə yarışlardan kənarlaşdırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.
Bildirilib ki, idmançıdan götürülmüş nümunənin laboratoriya analizləri zamanı qadağan olunmuş “19-norandrosterone” maddəsi aşkarlanıb.
Nəticədə S.Mustafazadəyə üçillik diskvalifikasiya cəzası verilib.
Namiq HUN