“Qalatasaray”dan Çempionlar Liqasında yeni qələbə ümidi!
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının V turunda “Aston Villa” ilə keçiriləcək qarşılaşma öncəsi fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, türkiyəli mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında İngiltərə təmsilçisinin güclü komanda olduğunu vurğulasa da, öz futbolçularına inandığını bildirib.
“Bizi çox uğurlu komanda ilə qarşılaşma gözləyir. Söhbət Avropa Liqasının qalibindən və 2025/2026-cı illər mövsümündə İngiltərə Premyer Liqasını dördüncü pillədə başa vuran komandadan gedir. “Aston Villa”ya Avropanın ən uğurlu məşqçilərindən biri olan Unay Emeri rəhbərlik edir. Komandanın Çempionlar Liqasında artıq 9 xalı var.
Lakin biz də Çempionlar Liqasındakı son iki oyunumuzda qələbə qazanmışıq və buna görə özümüzə inamımız yüksəkdir. Üstəlik, doğma meydanda oynayacağıq. Futbolçularıma inanıram”, – deyə Buruk vurğulayıb.
Qeyd edək ki, İstanbulun “RAMS Park” stadionunda keçiriləcək “Qalatasaray” - “Aston Villa” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Namiq HUN