Sinnerdən əməliyyatdan sonra ilk müjdə: müdaxilə uğurlu keçdi!
İtaliyalı tennisçi Yannik Sinner sağ dizindən uğurlu əməliyyat keçirib. Beşqat “Böyük Dəbilqə” çempionunun Avstraliya Açıq çempionatında iştirakı sual altındadır.
TodayPress TV xəbər verir ki, bu barədə “Rai Südtirol” nəşri məlumat yayıb.
Dünya reytinqinin ikinci pilləsində qərarlaşan 24 yaşlı tennisçinin əməliyyatı Finlandiyada həyata keçirilib. Cərrahi müdaxiləni Milanda Sinneri əvvəlcədən müayinə edən finlandiyalı mütəxəssis Lasse Lempaynen icra edib.
Əməliyyat zamanı həkim qalça-baldır traktının uzadılması prosedurunu həyata keçirib. Tennisçini müşayiət edən həkim Herbert Şönhuber bu üsulun ən yumşaq və az travmatik müalicə metodu olduğunu bildirib.
Sinnerin bərpa prosesi üç ayadək davam edə bilər. Bu səbəbdən italiyalı tennisçinin Avstraliya Açıq çempionatını buraxmaq ehtimalı var.
Qeyd edək ki, Sinner 2026-cı ilin iyulunda Uimbldon turniri zamanı sağ dizindən zədə alıb. O, bir sıra nüfuzlu yarışlarda iştirak edə bilməyib və oktyabr ayında mövsümü vaxtından əvvəl başa vurduğunu açıqlayıb.
İtaliyalı tennisçi 2026-cı il mövsümündə ardıcıl beş “Masters” turnirinin qalibi olub. Onun qələbə seriyası Indian-Uellsdə başlayıb və Romada başa çatıb.
Namiq HUN