Mark Rutte Trampla görüşəcək: NATO rəhbəri ABŞ-yə gedir
NATO-nun baş katibi Mark Rutte ABŞ-yə səfər edəcək. O, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşəcək.
TodayPress TV xəbər verir ki, NATO-nun rəsmi məlumatına görə, Rutte noyabrın 24-25-də ABŞ-nin Florida ştatında olacaq.
Noyabrın 25-də o, Trampla Mar-a-Laqo iqamətgahında görüş keçirəcək.
Baş katibin ABŞ administrasiyasının digər yüksək vəzifəli rəsmiləri ilə də danışıqlar aparacağı bildirilir.
Görüşlərin gündəliyi barədə ətraflı məlumat açıqlanmayıb. NATO-nun məlumatına görə, səfər zamanı Rutte jurnalistlər qarşısında çıxış etməyəcək və mətbuat üçün ayrıca tədbir nəzərdə tutulmayıb.
Qeyd edək ki, görüş Rusiya-Ukrayna müharibəsi, NATO daxilində münasibətlər və Avropanın təhlükəsizlik məsələlərinin gündəmdə olduğu bir vaxtda keçirilir.
Türkan İsgəndərli