Kimin bacısı ukraynalı uşaqlara görə İsveçrəni hədələdi - VİDEO

Kimin bacısı ukraynalı uşaqlara görə İsveçrəni hədələdi - VİDEO
24.11.2026 16:52 Dünya

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çenq İsveçrəni ölkədəki diplomatik nümayəndəliyini bağlamaqla hədələyib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, Buna səbəb İsveçrənin Şimali Koreyadakı Sonqdovon Beynəlxalq Uşaq Düşərgəsini sanksiya siyahısına daxil etməsidir. Bernin qərarı düşərgənin Rusiyanın işğalı altında olan Ukrayna ərazilərindən uşaqların Şimali Koreyaya aparılması proqramlarında iştirak etməsi ilə əlaqələndirilir. İsveçrə tərəfi düşərgəni uşaqların ideoloji təsirə məruz qalması və hərbiləşdirilmiş təhsil proqramlarına cəlb olunmasında ittiham edir.

Kim Yo Çenq İsveçrənin qərarını Şimali Koreyanın suverenliyinə qarşı düşmənçilik aktı adlandırıb. O, Pxenyandakı İsveçrə diplomatik nümayəndəliyinin fəaliyyətini davam etdirməsi üçün əsas qalmadığını bildirib və Xarici İşlər Nazirliyinə onun bağlanması məsələsinə baxmağı təklif edəcəyini açıqlayıb.

Qeyd edək ki, bu açıqlama iki ölkə arasında diplomatik əlaqələrin genişləndirilməsi istiqamətində atılan addımlardan bir neçə həftə sonra verilib. Oktyabrın sonunda İsveçrənin xarici işlər naziri İqnatsio Kassis Şimali Koreyaya səfər edib. Tərəflər görüşlər zamanı dialoq və əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər. İsveçrə Pxenyanda diplomatik nümayəndəliyini də həmin səfər çərçivəsində açıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər