Useyn Boltdan tərif: gələcəyin əfsanəsi ola bilər!
İdman
23.04.2026 13:33
Səkkizqat Olimpiya çempionu və 200 metr məsafəyə qaçış üzrə dünya rekordçusu Useyn Bolt 18 yaşlı avstraliyalı sprinter Qout Qoutun potensialını yüksək qiymətləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Gənc atlet aprel ayında 200 metr məsafəni 19,67 saniyəyə qət edərək yeniyetmələr arasında dünya rekordu müəyyənləşdirib.
Bolt gənc idmançının gələcəyi ilə bağlı fikirlərini bölüşüb:
“Gənc yaşda insanın diqqəti müxtəlif istiqamətlərə yayınır və atletikanı unuda bilər. Ümid edirəm ki, onun yanında doğru insanlar var və onlar diqqətini məhz atletikaya yönəldəcəklər. Çünki uğursuz olsan, səni tez unudarlar.
Məktəbi bitirdikdən sonra yarışlara dünyanın zirvəsində olduğumu düşünərək çıxırdım. Qazanırdım və yaxşı qaçırdım. Amma sonra bir dənə də olsun yarış qazana bilmədim. Ümid edirəm ki, o da bundan dərs çıxaracaq və daha çox çalışacaq.
O, böyük istedaddır. Hər dəfə qaçış zolağına çıxanda hamı səndən sürətli nəticə gözləyəcək. Ümid edirəm ki, onun yanında hər günün uğurlu keçmədiyini başa salacaq insanlar var”.
Namiq HUN
tag: Useyn Bolt,Qout Qout,Rekordçu,Çempion,Todaypress.tv,
