Ümidlər İtaliyaya yönəlib: komandamız yarışa hazırdır

Ümidlər İtaliyaya yönəlib: komandamız yarışa hazırdır
21.04.2026 15:45 İdman

Azərbaycan avarçəkənləri İtaliyada keçiriləcək nüfuzlu turnirdə iştirak edəcəklər.

TodayPress TV xəbər verir ki, “Paolo De Aloya Memorial” yarışında ölkəmiz Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən 3 nəfərlik heyətlə təmsil olunacaq.

Komandaya məşqçi Volodimir Morozov rəhbərlik edəcək. Aprelin 24-26-da baş tutacaq turnirdə Azər İlyasov, Ziya Məmmədzadə və Nurlan Paşayev mükafatlar uğrunda mübarizə aparacaqlar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər