Uilyams 1975-ci ildən bəri ilk belə antirekorda imza atdı

İdman

22.04.2026 15:00

Yeddiqat “Böyük Dəbilqə” turnirlərinin qalibi, sabiq dünya bir nömrəsi, amerikalı tennisçi Vinus Uilyams karyerasında ilk dəfə ardıcıl 10 WTA matçında məğlub olub.

TodayPress TV xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb. 

Hazırda dünya reytinqində 479-cu pillədə qərarlaşan 45 yaşlı tennisçi sonuncu məğlubiyyətini Madriddə keçirilən “Masters” turnirinin ilk mərhələsində alıb. 

O, dünya reytinqinin 140-cı pilləsində yer alan ispaniyalı Kaitlin Kevedoya 0:2 hesabı ilə uduzub.

Vinus 1975-ci ildən bəri keçmiş dünya bir nömrələri arasında ardıcıl 10 və ya daha çox matç uduzan ilk tennisçi olub.

Qeyd edək ki, cari mövsümdə Uilyams Australian Open, İndian Uells “Masters”, Mayami Open və ATX Open turnirlərində iştirak edib.

Namiq HUN

TodayPress TV

tag: “Böyük Dəbilqə”,Vinus Uilyams ,Madrid,Antirekord,Todaypress.tv,