Uğursuzluq ayrılıqla nəticələndi: Rebrov postunu tərk etdi
Futbol üzrə Ukrayna yığma komandasının baş məşqçisi Sergey Rebrov istefa verib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası (UFA) məlumat yayıb.
Bildirilir ki, tərəflər əməkdaşlığa xitam verilməsi barədə qarşılıqlı razılığa gəliblər.
Ayrılığa səbəb Ukrayna komandasının dünya çempionatına vəsiqə qazana bilməməsi olub.
Qurumun prezidenti Andrey Şevçenko mütəxəssisə gənc futbolçuların inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Sergey Rebrov Ukrayna Futbol Assosiasiyasında vitse-prezident və İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək.
Namiq HUN