UFC-də sensasiya ola bilər: Topuriya şərt qoydu

İdman

21.04.2026 14:54

Yüngül çəkidə UFC çempionu Iliya Topuriya mümkün döyüşlə bağlı Konor Makqreqor haqqında danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə döyüşçü dəvət aldığı podkastlardan birində fikirlərini bölüşüb. 

Topuriya bildirib ki, bu döyüş hazırda onun əsas planları arasında olmasa da, müəyyən şərtlərlə reallaşa bilər:

“Bu, hazırda düşündüyüm bir şey deyil. Amma belə bir təklif gələrsə, baxarıq. Əsas məsələ Konorun hansı vəziyyətdə olacağıdır. Əgər o, qələbə qazanaraq uğurlu dönüş edərsə və mənə təklif olarsa, hər şey mümkündür. Mən belə imkanların qapısını heç vaxt bağlamıram”.

Gürcü döyüşçü əlavə edib ki, hazırda onların idman səviyyəsi fərqli olsa da, Makqreqorun populyarlığı bu cür döyüşü mümkün və maraqlı edir.

Namiq HUN

tag: UFC,Iliya Topuriya,Konor Makqreqor,Döyüş,Todaypress.tv,