Türkiyədə mərc qalmaqalı böyüyür
Türkiyədə mərc istintaqı çərçivəsində 14-ü futbolçu olmaqla 29 şübhəli barəsində saxlanılma qərarı verilib.
TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, saxlanılanlar arasında Azərbaycan millisinin sabiq müdafiəçisi Karakaş da var.
O, Azərbaycanın U-17 və U-19 yığmalarında ümumilikdə 14 oyun keçirib.
Qeyd edək ki, Karakaş hazırda karyerasını Türkiyənin “Erciyes 38” klubunda davam etdirir. Kayseri təmsilçisi onunla bir illik müqavilə imzalamışdı.
Namiq HUN