Transfer savaşı başlayır: “Arsenal” önə çıxır

İdman

21.04.2026 15:37

İngiltərənin “Arsenal” klubu müdafiə xəttini gücləndirmək üçün “Real Madrid”in futbolçusu Alvaro Karreras ilə maraqlanır.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Ekrem Коnur X sosial şəbəkəsində məlumat yayıb. 

Bildirilib ki, “topçular” artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. Baş məşqçi Mikel Arteta ispan müdafiəçiyə komandada əsas rol vəd edib.

23 yaşlı futbolçunun “Real Madrid”lə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. Onun xidmətində yalnız “Arsenal” deyil, həmçinin “Mançester Yunayted”, “Yuventus” və “Napoli” klubları da maraqlıdır.

Qeyd edək ki, cari mövsümdə Karreras 37 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. O, Avropanın aparıcı klubları tərəfindən uzunmüddətli perspektivli sol cinah müdafiəçisi kimi dəyərləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Alvaro Karreras,Real Madrid,Arsenal,Mikel Arteta,Todaypress.tv,