“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxdı

“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxdı
24.04.2026 01:33 İdman

Türkiyə Kubokunda yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

TodayPress TV xəbər verir ki, turun ikinci günündə diqqət çəkən qarşılaşmalardan biri Qara dəniz derbisi olub.

“Samsunspor” ilə “Trabzonspor” arasında keçirilən oyunun əsas və əlavə vaxtında hesab açılmayıb.

Qalib penaltilər seriyasında müəyyənləşib. Bu mərhələdə daha dəqiq oynayan “Trabzonspor” 3:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Digər oyunda isə “Beşiktaş” doğma meydanda “Alanyaspor”u qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İstanbul təmsilçisinin qollarını El Bilal Ture, Hyon Gyu Oh və Orkun Kökçü vurublar.

Beləliklə, yarımfinal mərhələsində “Trabzonspor” “Gənclərbirliyi” ilə, “Beşiktaş” isə “Konyaspor”la qarşılaşacaq.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər