Tarixi nəticə: Hifi Avroliqa rekordunu qırdı

İdman

21.04.2026 17:27

“Paris” basketbol klubunun 23 yaşlı müdafiəçisi Nadir Hifi Avroliqa tarixində rekord müəyyənləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Gənc basketbolçu 2025/2026-cı illər mövsümündə 37 oyunda 699 xal toplayaraq müntəzəm mövsümlər üzrə ən məhsuldar oyunçu olub. O, hər oyuna orta hesabla 18,9 xal, 2,3 ribaund və 3,8 assistlə yadda qalıb.

Əvvəlki rekord 696 xalla Kendrik Nann və Karsen Edvardsa məxsus idi. Nann bu göstəriciyə 33, Edvards isə 34 oyunda çatmışdı.

Buna baxmayaraq, “Paris” klubu mövsümü 15 qələbə və 23 məğlubiyyətlə 16-cı pillədə başa vurub və pley-offa vəsiqə qazana bilməyib.

Namiq HUN

TodayPress TV

tag: Paris,Nadir Hifi,Avroliqa,Basketbol,Todaypress.tv,