"Sumqayıt" əcnəbi futbolçu transfer etdi

"Sumqayıt" əcnəbi futbolçu transfer etdi
11.07.2025 21:30 İdman

“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Klubdan TodayPress TV-ə verilən məlumata görə, komanda son olaraq Serbiyanın “Radniçki” klubunda çıxış etmiş Aleksa Yankoviç ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı cinah oyunçusu yeni komandasından “11” nömrəli formada çıxış edəcək.

Serbiya “Partizan”ının yetirməsi olan Aleksa Yankoviç həmin ölkənin “Vojdovats” və “Çukariçki” kimi klublarının da uğurları üçün çalışıb. Futbolçu Serbiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində də çıxış edib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər