“Arsenal”ın baş məşqçisi həmkarının tezliklə sağalmasını arzulayır!
London “Arsenal”ının baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Bavariya" ilə keçiriləcək matç öncəsi rəqib komandanın baş məşqçisi Vensan Kompaninin səhhətindəki problemlər səbəbindən oyunu buraxa biləcəyi barədə yayılan məlumatlara reaksiya verib.
TodayPress TV xəbər verir ki, matçöncəsi mətbuat konfransında çıxış edən Arteta həmkarı haqqında yüksək fikirlər səsləndirib:
“Ümid edirəm ki, o, tezliklə sağalacaq və oyunda olacaq. Mən onun böyük pərəstiskarıyam, hər şeydən əvvəl bir insan kimi, çünki onunla bir neçə il birlikdə işləmək nəsib olub. Sonra isə bir məşqçi kimi - Belçikada, “Börnli”də və onun son illərdə komandasında yaratdığı identiklik və keyfiyyət tamamilə fərqli səviyyədədir. Ona çox hörmət edirəm”.
Qeyd edək ki, “Bavariya” - “Arsenal” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.
Namiq HUN