“Bavariya”da ağır itki: Yozua Kimmix komandaya kömək edə bilməyəcək!

“Bavariya”da ağır itki: Yozua Kimmix komandaya kömək edə bilməyəcək!
21.10.2026 14:50 İdman

Münhen “Bavariya”sının yarımmüdafiəçisi Yozua Kimmix UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda İngiltərənin “Arsenal” klubuna qarşı keçiriləcək matçın iştirak ərizəsinə daxil edilməyəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Qarşılaşma öncəsi klubun rəsmi açıqlamasında bildirilib:

“Yaxın ailə dairəsində baş verən itki ilə əlaqədar olaraq Yozua Kimmix bu gün Londonun “Arsenal” klubuna qarşı keçiriləcək matçın heyətinə daxil edilməyib. Ailənin adından onların şəxsi həyatına və kədərinə hörmət etməyinizi, həmçinin bu mövzunun kütləvi informasiya vasitələrində daha çox işıqlandırılmasından və araşdırılmasından çəkinməyinizi xahiş edirik. Bütün “Bavariya” klubu Yozua Kimmixə dərin hüznlə başsağlığı verir və bu çətin anlarda onu dəstəkləyir”.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər