Məkkə sazişi müzakirə üçün TBMM-ə göndərildi
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan 16 maddəlik Məkkə sazişi Türkiyə Böyük Millət Məclisi (TBMM) Sədrliyinə təqdim edilib.
TodayPress TV xəbər verir ki, saziş tərəflərdən birinə hücum olacağı təqdirdə digər tərəflərə dərhal kömək etmək öhdəliyi qoyur.
Saziş çərçivəsində müdafiə nazirləri və baş qərargah rəislərindən ibarət komitənin yaradılması, ilk baş katibin Pakistandan olması nəzərdə tutulur. Tərəflərin ilk 10 ildə sazişdən çıxmaması da maddələr arasındadır.
Qeyd edək ki, Türkiyə Prezidenti Tayyib Ərdoğan, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif və Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud avqustun 7-də Məkkədə Məkkə Birgə Müdafiə Sazişini imzalamışdılar.
Aysel Mətləb