Tramp, Putin və Si Cinpin... - Dünyanın gözü Çində olacaq

Tramp, Putin və Si Cinpin... - Dünyanın gözü Çində olacaq
21.10.2026 18:07 Dünya

Çin tərəfi Rusiya Prezidenti Vladimir Putin, Amerika lideri Donald Tramp və ÇXR sədri Si Cinpinin APEC sammiti çərçivəsində ehtimal olunan görüşünün hazırlanması ilə məşğuldur.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Əlverişli şərait yarandığı təqdirdə, bu görüş proqrama daxil ediləcək, bu barədə çinli dostlarımız, APEC sammitinin ev sahibləri artıq onun hazırlanması ilə məşğuldurlar. Və əlverişli şərait yarandıqda bizim çinli dostlarımız bu görüşü Şençjendəki tədbirlər proqramına daxil edəcəklər", - deyə o bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər