Rusiya-ABŞ-Ukrayna görüşü keçiriləcək! - Uitkoff elan etdi

Rusiya-ABŞ-Ukrayna görüşü keçiriləcək! - Uitkoff elan etdi
21.10.2026 21:28 Dünya

Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair məsələlərin müzakirəsi texniki səviyyədə üçtərəfli danışıqlar formatında davam etdiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə o, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff "X"da yazıb.

Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə Osloda əldə olunan uğurları inkişaf etdirmək və sülh yolu ilə nizamlanmanın çərçivəsini müzakirə etmək üçün Sankt-Peterburqda Rusiya lideri Vladimir Putinlə görüşdüyünü bildirib.

Trampın xüsusi nümayəndəsi müzakirələrin "konstruktiv" olduğunu qeyd edib:

"Bu müzakirələr konstruktiv idi və ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə üçtərəfli danışıqlar formatında davam etdiriləcək".

O əlavə edib ki, Tramp əvvəlki kimi bu müharibənin başa çatmasına və hərtərəfli, davamlı sülhün əldə olunmasına can atır.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər