Rusiya Prezidenti Trampa təşəkkür etdi

Rusiya Prezidenti Trampa təşəkkür etdi
21.10.2026 21:10 Dünya

Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoffdan ABŞ-nin birinci xanımı Melaniya Trampa humanitar sahədəki səylərinə görə təşəkkürünü çatdırmağı xahiş edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Vladimir Putin Melaniya Trampa, xüsusilə uşaqların ailələri ilə birləşdirilməsi istiqamətindəki səylərinə, eləcə də Xerson vilayətinin Aleşki şəhərində yaranmış kəskin vəziyyətin həllində vasitəçiliyinə görə minnətdarlığını çatdırmağı xahiş edib”, – deyə Uşakov bildirib.

Qeyd edək ki, Putin və Uitkoff Sankt-Peterburqda görüşüblər. Danışıqların açıq hissəsində Rusiya lideri ABŞ ilə iqtisadi əməkdaşlığın bərpası mövzusuna maraq göstərdiyini vurğulayıb və Norveçdə keçirilən danışıqların nəticələri ilə maraqlanıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər