“Barselona” ilə qələbə Paris klubuna baha başa gəldi!
“Paris Saint-Germain” klubu rəsmi saytında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Barselona” ilə keçirilən və 4:2 hesablı qələbə ilə başa çatan matçda zədələnən oyunçularının - müdafiəçi Markinyos, eləcə də hücumçular Xviça Kvaratsxeliya və Usman Dembelenin durumunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xviça Kvaratsxeliya “Barselona” ilə matçda sağ dizinin ön çarpaz bağlarının qopması diaqnozu ilə üzləşib. Gürcüstanlı futbolçu yaxın günlərdə əməliyyat olunacaq.
Usman Dembele sol bud nahiyəsindən zədə alıb və yaxın həftələrdə müalicə keçəcək.
Markinyos isə sağ bud nahiyəsindən aldığı zədə səbəbindən yaxın həftələrdə bərpa prosesi keçəcək.
Xatırladaq ki, hər üç futbolçu “Barselona” ilə qarşılaşma zamanı əvəzlənmişdi.
Namiq HUN