ABŞ dövlətləri necə təhdid edir? - Havana Rubionun planını İFŞA ETDİ

ABŞ dövlətləri necə təhdid edir? - Havana Rubionun planını İFŞA ETDİ
21.10.2026 20:49 Dünya

ABŞ-nin dövlət katibi Marko Rubio Kubaya qarşı blokadanın ləğvi haqqında qətnamə layihəsinin qəbul edilməsini dəstəkləyən mövqelərini dəyişmələri üçün dövlət rəhbərlərinə şəxsən təzyiq göstərir.

TodayPress TV xəbər verir ki, bunu Karib respublikasının xarici işlər naziri Bruno Rodriges Parrilya Havanada keçirilən mətbuat konfransında çıxış edərkən bildirib.

"Bu təzyiqi şəxsən ABŞ-nin dövlət katibi göstərir, o, artıq bir neçə aydır ki, bunu edir, əlimizdə sübutlar var", - deyə qeyd edib.

Rodriges Parrilya xatırladıb ki, oktyabrın 27-si və 28-də BMT Baş Assambleyasının sessiyasında ABŞ hökuməti tərəfindən Kubanın ticarət-iqtisadi və maliyyə blokadasının ləğv edilməsi zərurəti haqqında qətnamə layihəsinə növbəti dəfə baxılacaq:

"Bu, artıq 34-cü dəfə keçiriləcək və onun yeni aspektlərindən biri ABŞ-nin onilliklər ərzində sadiq qaldıqları Kubanı dəstəkləmək mövqeyini dəyişmələri üçün ölkələrə göstərdiyi təzyiq mövzusu olacaq".

O, həmçinin vurğulayıb ki, bir sıra ölkələrdə bu cür təzyiqlərdən xəbərdardırlar.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər